Qəzaya uğrayan təyyarəyə görə məsuliyyəti Ermənistan daşıyır

17:56 | 05.11.2015
Qəzaya uğrayan təyyarəyə görə məsuliyyəti Ermənistan daşıyır

Qəzaya uğrayan təyyarəyə görə məsuliyyəti Ermənistan daşıyır

Noyabrın 4-də Cənubi Sudanda qəzaya uğramış AN-12 yük təyyarəsi Ermənistanın "Ala İnternational LTD” aviasiya şirkətinə məxsusdur. Novator.az xəbər verir ki, Tacikistan Nəqliyyat Nazirliyinin Mülki Aviasiya İdarəsinin rəhbəri Yusuf Rəhmanov belə deyib.

AN-12 yük təyyarəsi noyabrın 4-də Cənubi Sudanın Cuba hava limanından göyə qalxandan az sonra qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 6 heyət üzvü və 12 sərnişin olub. Heyət üzvlərindən 5 nəfəri Ermənistan, 1 nəfəri Rusiya vətəndaşıdır. Onların hamısı həlak olub. Sərnişinlərdən 3 nəfəri sağ qalıb. Hər 3-ü Cənubi Sudan vətəndaşıdır. Qəza zamanı təyyarənin düşdüyü yerdə də ölənlər olub. Son məlumatlara görə, qəza yerində ümumilikdə 36 nəfərin meyiti tapılıb.

Bundan əvvəl mediada AN-12 təyyarəsinin Tacikistanın özəl aviasiya şirkətinə məxsus olduğu haqda xəbərlər yayılmışdı. Məlumatı təkzib edən Tacikistan Nəqliyyat Nazirliyinin Mülki Aviasiya İdarəsinin rəhbəri Yusif Rəhmanov bildirib ki, qəzaya uğrayan təyyarə Ermənistanın "Ala İnternational LTD” aviasiya şirkətinə məxsusdur. Yusif Rəhmanov qeyd edib ki, bu təyyarə bir müddət Tacikistanın yükdaşıma ilə məşğul olan "Asia Airways” özəl aviasiya şirkətinin reyestrində olub. Ancaq "Asia Airways” şirkəti hazırda fəaliyyət göstərmir.

Yusif Rəhmanov vurğulayıb ki, müqaviləyə əsasən, AN-12 təyyarəsinin uçuşunda hər hansı nasazlığa görə bütün məsuliyyəti bu təyyarənin məxsus olduğu Ermənistan şirkəti daşıyır.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM