Yayım Assosasiyası və qəzet redaktorları Prezident Admistrasiyasına təkliflər paketi hazırlayaraq göndərib. ANS PRESS-in məlumatına görə, bu barədə bu gün keçirilən mətbuat konfransında açıqlanıb. Tədbirdə bir sıra aparıcı qəzetlərin redaktorları, millət vəkilləri, Mətbuat Şurasının nümayəndələri və digər ictimaiət nümayəndələri iştirak edib. Millət vəkili İqbal Ağazadə mətbuat konfransında çıxış edərək Yayım Assosasiyasına və qəzet redaktorlarına dəstək verib. O bildirib ki, bu məsələ Milli Məclisdə qaldırılacaq. İ. Ağazadə informasiya siyasətinin dəyişdirilməsinin vacib olduğunu deyib.Mətbuat konfransında həmçinin qərara alınıb ki, 31 yanvar tarixində Yayım Assosasiyası və qəzet redaktorları birgə piket keçirəcəklər. Qeyd edək ki, iclas iştirakçıları bu təşəbbüsləri ictimaiyyətin diqqətini cəlb etmək üçün etdiklərini deyiblər. Xatırladaq ki, Fəvvarələr meydanı təmir olunduqdan sonra burada əvvəllər alışdığımız süvenir piştaxtalarına rast gəlinməsə də, qəzet və jurnalların satışı davam edirdi. Sonuncu dəfə 01.06.2010-cu il tarixində ərazidə qəzet və jurnal satışı ilə məşğul olan kiçik sahibkarlar belə problemlə üzləşmişdilər. O zaman səbəb kimi ərazidə aparılan təmir-tikinti işləri göstərilmişdi. Bildirilmişdi ki, ərazidə təmir getdiyindən qəzet və jurnalları da toz basır, bu isə əhalinin sağlamlığına ziyandır. Lakin edilən çoxsaylı şikayətlərə əsasən 24.06.2010-cu il tarixində Bakı şəhər Ticarət Departamenti qəzet və jurnalların satışı üçün icazəsi olan şəxslərin fəaliyyətlərini davam etdirməsinə icazə vermişdi.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !