“Yeni Azərbaycan” qəzetinə 30 000 manat verildi.
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, iclasın gündəliyinə iki məsələ daxil edilib:
-2014-cü ilin 2-ci rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqəyə təqdim edilmiş layihə təkliflərinin müzakirəsi;
-Cari məsələlər.
İclası açıq elan edən Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev gündəlkdə duran birinci məsələ barədə məlumat vermək üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib. Vüqar Səfərli bildirib ki, "2014-cü ilin II rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə”yə ümumilikdə 35 redaksiyadan layihə təklifi təqdim olunub.
Təqdim edilmiş layihə təklifləri Fondun ekspertləri tərəfindən araşdırılıb. Layihə təkliflərinin araşdırılması ilə yanaşı, müsabiqənin tələblərindən irəli gələn digər sənədlər də yoxlanılmış, o cümlədən, qəzetlərin son üç ay üzrə tirajını, abunə və satışını əks etdirən hesabat hazırlanıb.
Hazırlanmış hesabatlar və layihə təklifləri müzakirə üçün Müşahidə Şurasının üzvlərinə təqdim edilib.
Cari məsələlər bölümündə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə jurnalistlər üçün inşa edilən yeni binanın tikintisinin gedişi barədə dinləmələr keçirilib.
2014-cü ilin II rübü üçün layihələrinin maliyyələşdirilməsi nəzərdə tutulan redaksiyaların siyahısı aşağıda təqdim edilir.
2014-cü ilin II rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi üzrə müsabiqənin qalibi olan redaksiyaların siyahısı:
1. “Kaspi” qəzeti 30000
2. “Mövqe” qəzeti 30 000
3. “Yeni Azərbaycan” qəzeti 30 000
4. “Ayna-Zerkalo” qəzeti 30 000
5. “Ədalət” qəzeti 30 000
6. “525-ci qəzet” qəzeti 30 000
7. “Səs” qəzeti 30 000
8. “Bakı-Xəbər” qəzeti 30 000
9. “Yeni Müsavat” qəzeti 30 000
10. “Olaylar” qəzeti 30 000
11. “Ekspress” qəzeti 30 000
12. “Palitra” qəzeti 30 000
13. “Paralel” qəzeti 20 000
14. “Həftə İçi” qəzeti 20 000
15. “Azad Azərbaycan” qəzeti 20 000
16. “Şərq” qəzeti 20 000
17. “Xalq Cəbhəsi” qəzeti 20 000
18. “Futbol+Qol” qəzeti 20 000
19. “Bizim Yol” qəzeti 20 000
20. “Zaman-Azərbaycan” qəzeti 20 000
21. “Kaspi rus” qəzeti 20 000
22. “Novoye Vremya” qəzeti 15 000
23. “Futbol+” qəzeti 15 000
24. “Üç Nöqtə” qəzeti 15 000
25. “Unikal” qəzeti 10 000
26. “Olimpiya Dünyası”qəzeti 10 000
27. “Azernews” qəzeti 10 000
28. “Oxu Məni” qəzeti 10 000
29. “Reytinq” qəzeti 5 000
30. “Təhsil Problemləri” qəzeti 4 500
31. “The Business Times” qəzeti 4 500
32. “Hərbi And” qəzeti 4 500
33. “Türküstan” qəzeti 4 500
34. “İqtisadiyyat” qəzeti 4 500
ANN.Az