• $
  • €
  • ₽
  • ₺
  • £

Qəzvin-Rəşt-Astara dəmir yolunun açılmasına az qalıb

Qəzvin-Rəşt-Astara dəmir yolunun açılmasına az qalıb
19.11.2013 10:52

Azərbaycanla İran Qəzvin-Rəşt-Astara dəmir yolu layihəsinin maliyyələşdirilməsi məsələlərini müzakirə edib. 

"Anspress" MEHR agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın Nəqliyyat İnfrastrukturunun İstehsalı və İnkişafı Şirkətinin rəis müavini Hüseyn Nazdar məlumat verib. 

Şirkət rəsmisinin sözlərinə görə, Rəşt şəhərində keçirilən görüşdə İranın Azərbaycandakı səfiri, "Azərbaycan Dəmir Yolları" QSC-nin nümayəndəsi və digər nümayəndələr iştirak edib: "Görüşdə əsasən Azərbaycanın Qəzvin-Rəşt-Astara dəmir yolu layihəsinin maliyyələşdirilməsində necə iştirak etməsi məsələsi müzakirə olundu".

İran rəsmiləri Qəzvin-Rəşt-Astara dəmir yolunun tikintisinin 2014-cü ilin mart ayında başa çatacağını açıqlayıblar. Dəmir yol marşrutu mürəkkəbdir və 22 tunel, 15 xüsusi körpüdən ibarətdir. 15 tunelin tikintisi üzrə işlərin 70 faizi tamamlanıb.

Xatırladaq ki, Qəzvin-Rəşt-Astara dəmir yolu Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsidir və dəmiryolun tikintisi Azərbaycan, Rusiya və İran tərəfindən həyata keçirilir. Tikinti işlərinə 400 milyon dollar məbləğində investisiya yatırılması nəzərdə tutulub. Bu dəhlizlə yükdaşıma həcminin birinci mərhələdə ildə 6 milyon ton, gələcəkdə isə ildə 15-20 milyon tona qədər olacağı proqnozlaşdırılır.

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan əhalisinin gəlirləri artıb
İqtisadiyyat 11:50
Azərbaycan əhalisinin gəlirləri artıb
Azərbaycanda iqtisadi artım 2%-ə yaxınlaşıb
İqtisadiyyat 11:20
Azərbaycanda iqtisadi artım 2%-ə yaxınlaşıb
2026-cı ilin ikinci rübündə Azərbaycanda 570 mindən çox video silinib
İqtisadiyyat 10:49
2026-cı ilin ikinci rübündə Azərbaycanda 570 mindən çox video silinib
ING Azərbaycanın inflyasiya proqnozunu açıqlayıb
İqtisadiyyat 10:08
ING Azərbaycanın inflyasiya proqnozunu açıqlayıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 09:50
Qızıl və gümüş bahalaşıb
Azərbaycan neftinin qiyməti açıqlanıb
İqtisadiyyat 09:34
Azərbaycan neftinin qiyməti açıqlanıb
Dünya bazarlarında neft bahalaşıb
İqtisadiyyat 09:23
Dünya bazarlarında neft bahalaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan neftinin qiyməti 100 dollara düşüb
İqtisadiyyat 10:30
Azərbaycan neftinin qiyməti 100 dollara düşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol