İsrail və Fələstin təmsilçiləri Qəzza zolağında müvəqqəti atəşkəsi daha 24 saat uzatmağa razılaşıblar. Məqsəd uzunmüddətli atəşkəs üçün danışıqlar aparmaqdır.
Beş günlük atəşkəs avqustun 18-də bitib. Müddətin uzadılmasını Misir hökuməti təsdiqləyib. Bildirilib ki, Fələstin və İsrail təmsilçiləri daimi saziş üçün Qahirədə danışıqlar aparmağa razılaşıblar.
İsrail iyulun 8-də Qəzza zolağına hücuma başlayandan 1.900 fələstinli və 66 israilli həlak olub ("bizimyol.info").
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !