Qəzzada atəşkəs bir saatdan sonra darmadağın olub. Fələstin rəsmiləri İsrailin atəşkəsdən sonra açdığı atəşlə onlarla adamın öldüyünü bildirir.
İsrail isə atəşkəs rejimini pozmaqda fələstinliləri günahlandırır.
Avqustun 1-də İsrailin baş naziri Netanyahu etiraf edib ki, atəşkəs dağıldı.
72 saatlıq atəşkəs BMT, ABŞ vasitəçilik etməklə əldə olunmuşdu.
Qəzzada münaqişə dövründə ölənlərin sayı Fələstin tərəfdən 1450 nəfərə çatıb. İsraildən isə 61 əsgər və 3 mülki şəxs ölüb.
Azadliq.org
Bizi sosial şəbəkələrdə izləyin !