• $ 1.7
  • € 1.9286
  • ₽ 0.020859
  • ₺ 0.044
  • £ 2.2683

Qəzzada ölən fələstinlilərin 74 faizi qadın və uşaqlardır - BMT

Qəzzada ölən fələstinlilərin 74 faizi qadın və uşaqlardır - BMT
23.11.2023 17:10
Qəzzada  ölən 14 min 128 fələstinlinin 74 faizinin qadın və uşaqlardır. Bu barədə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) verdiyi bəyanata qeyd olunub.

Bəyanatda noyabrın 21-dən etibarən köçkün vəziyyətinə düşmüş 1 milyon 37 min fələstinlinin şimal bölgəsi də daxil olmaqla Qəzza zolağı boyunca UNRWA-ya aid 156 obyektə sığındığı bildirilib.

Qəzza zolağının mərkəzi hissələri və cənubda UNRWA-ya aid 99 obyektində təxminən 877 min köçkünün qaldığı açıqlanıb.
 
İsrail ordusu oktyabrın 27-dən bəri Qəzzada ölən İsrail əsgərlərinin sayı 69-a çatdığını açıqlayıb.
 
Qarşıdurmalar başlayan gündən Qəzzada 62, Livanda isə 3 jurnalist həyatını itirib.
 
İsrailin Xan Yunis, Deyr əl-Bələ və Cibaliya bölgələrinin bombalanması nəticəsində aralarında uşaq və qadınların da olduğu 44 nəfər ölüb, onlarla insan yaralandığı bildirilir.
 
Fələstinin WAFA xəbər agentliyinin məlumatına görə, Xan Yunis Qaçqınlar Düşərgəsinin qərbində yerləşən Həmed şəhərində binaya edilən hava hücumu nəticəsində ən azı 15 nəfər ölüb, əksəriyyəti uşaq və qadınlardan ibarət 25 nəfər yaralanıb. Qəzzanın mərkəzi hissəsindəki Deyr əl-Belah bölgəsində Əbu Şammas ailəsinin evinin bombalanması nəticəsində 24 nəfər həyatını itirib, 20 nəfər sağ qalıb.
 
Qəzzanın şimalındakı Cibaliya Qaçqınlar Düşərgəsinə edilən hava hücumunda 3-ü axtarış-xilasetmə qrupundan 5 nəfər həyatını itirib. 
 
Hökumətin Qəzza zolağında verdiyi açıqlamada, hücumlarda indiyə qədər həyatını itirənlərin sayının 14 min 128-ə yüksəldiyi, yaralananların sayının isə 33 mini keçdiyi qeyd olunub.
 
İsrailin 7 oktyabrdan bəri davam edən hücumlarında Qəzza zolağında 44 min evin dağıldığı, 230 min evin zərər gördüyü, evlərin 60 faizinin yaşayış üçün yararsız hala düşdüyü söylənib.
 
Qəzza zolağında 26 xəstəxana və 55 sağlamlıq mərkəzinin xidmətdən çıxdığı bildirilib.
 
Qəssam Briqadaları "Telegram” səhifəsində açıqlama verərək Qəzzanın şimal-qərbində iki İsrail hərbi maşınının "Yasin-105” tank əleyhinə raketlərlə məhv edildiyi iddia ediblər.

Fələstin Jurnalistlər Birliyi "Facebook” səhifəsində Qəzza zolağında İsrailin hücumları nəticəsində həyatını itirən media mənsublarının sayı 60-a yüksəldiyini deyib.

Oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında "Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.
 
 Aygün Mirakif

 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Olimpiya məşəli noyabrın 26-da Yunanıstanda alovlandırılacaq
Dünya 09:00
Olimpiya məşəli noyabrın 26-da Yunanıstanda alovlandırılacaq
Zelenski ilə Tramp arasında telefon danışığı baş tutub
Dünya 08:50
Zelenski ilə Tramp arasında telefon danışığı baş tutub
Almaniyada fövqəladə vəziyyət rejimi tətbiq edilə bilər
Dünya 23:13
Almaniyada fövqəladə vəziyyət rejimi tətbiq edilə bilər
Türkiyədə 126 nəfər toyuq ətindən zəhərlənib
Dünya 22:43
Türkiyədə 126 nəfər toyuq ətindən zəhərlənib
Meksika körfəzinin adı dəyişdirilir
Dünya 22:12
Meksika körfəzinin adı dəyişdirilir
Estoniya Gürcüstan üçün vizasız rejimi ləğv edib
Dünya 21:50
Estoniya Gürcüstan üçün vizasız rejimi ləğv edib
ABŞ Britaniya avtomobillərinə rüsumları azaldacaq
Dünya 21:40
ABŞ Britaniya avtomobillərinə rüsumları azaldacaq
Yeni Roma Papası seçilib - Yenilənib
Dünya 21:26
Yeni Roma Papası seçilib - Yenilənib
Naməlum şəxs Kiyevdə insanlara atəş açıb,ölənlər var
Dünya 19:51
Naməlum şəxs Kiyevdə insanlara atəş açıb,ölənlər var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol