Qəzzada ölən İsrail əsgərlərinin sayı açıqlanıb

17:36 | 20.11.2023
Qəzzada ölən İsrail əsgərlərinin sayı açıqlanıb

Qəzzada ölən İsrail əsgərlərinin sayı açıqlanıb

Qəzzada baş verən qarşıdurmalarda ölən İsrail əsgərlərinin sayı 65-ə yüksəlib. Bu barədə İsrail Ordusu açıqlama yayıb.

Fələstinin WAFA xəbər agentliyinin verdiyi xəbərə görə, İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilinin müxtəlif bölgələrində 47 fələstinlini nəzarətə götürüb.
 
Fələstinli Məhbuslar Dərnəyi oktyabrın 7-dən bəri İordan çayının qərb sahilində İsrail qüvvələri tərəfindən nəzarətə alınan fələstinlilərin sayının 2920-yə yüksəldiyini açıqlayıb.
 
Anklav hökuməti mətbuat xidməti Fələstin-İsrail müharibəsi başlayandan Qəzza zolağının 13 mindən çox sakinin həlak olduğunu bildirib.

Fələstinli Məhbuslar Dərnəyi və Fələstinli Əsirlər və Azad Edilənlər Təşkilatının bəyanatına görə, İsrail ordusu və mülki yəhudi işğalçılarının son 40 gündə 197 fələstinlini qətlə yetirib, İordan çayının qərb sahili və Qüdsdə 2735 nəfəri saxlayıb.
 
Fələstin dövlət xəbər agentliyinin məlumatına görə, İsrailin Qəzzanın mərkəzindəki məscidə təşkil etdiyi hava hücumunda 50 nəfər ölüb.

Qəssam Briqadaları "Telegram” səhifəsində açıqlama verərək Qəzzanın şimal-qərbində iki İsrail hərbi maşınının "Yasin-105” tank əleyhinə raketlərlə məhv edildiyi iddia ediblər.

Fələstin Jurnalistlər Birliyi "Facebook” səhifəsində Qəzza zolağında İsrailin hücumları nəticəsində həyatını itirən media mənsublarının sayı 38-ə yüksəldiyini deyib.

Oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında "Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.
 
Aygün Mirakif

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM