Qəzzada ölən jurnalistlərin sayı 126-ya çatıb

20:52 | 12.02.2024
Qəzzada ölən jurnalistlərin sayı 126-ya çatıb

Qəzzada ölən jurnalistlərin sayı 126-ya çatıb

Oktyabrın 7-dən Qəzza zolağında İsrail tərəfindən öldürülən jurnalistlərin sayı 126-ya çatıb. Bu barədə Türkiyə mətbuatı məlumat paylaşıb.

Bildirilib ki, İsrail "Fələstinin səsini susdurmaq, faktları gizlətmək və xəbər və məlumatların regional və beynəlxalq ictimaiyyətə çatmasının qarşısını almaq üçün” Qəzzada jurnalistləri qəsdən öldürüb.


İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına hücumları nəticəsində azı 12 min uşaq və 8 min 190 qadın olmaqla 28 min 340 fələstinli həlak olub, 67 min 984 fələstinli yaralanıb.
 
Oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib və bu, sərhədyanı qəsəbələrin sakinlərinin öldürülməsi, uşaqlar, qadınlar və qocalar da daxil olmaqla 200-dən çox girov götürülməsi ilə müşayiət edilib.

İsrail tərəfi baş verənlərə cavab olaraq bu günə qədər davam edən "Dəmir qılınclar” əməliyyatının başlandığını elan edib.



Gülnar

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM