Qəzzada ölənlərin sayı 34,9 mini keçib

23:14 | 09.05.2024
Qəzzada ölənlərin sayı 34,9 mini keçib

Qəzzada ölənlərin sayı 34,9 mini keçib

İsrailin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatların başlamasından indiyədək 34,9 mindən çox fələstinli həlak olub, 78,5 mindən çox fələstinli yaralanıb.Bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.
 
"İsrail ordusunun Qəzzaya təcavüzü nəticəsində indiyədək 34 904 nəfər həlak olub, 78 514 nəfər yaralanıb”, - məlumatda bildirilib.

Səhiyyə Nazirliyinin məlumatına görə, təkcə son 24 saat ərzində Qəzzanın müxtəlif bölgələrinin bombalanması və atəşə tutulması nəticəsində 60 nəfər ölüb, 11 nəfər yaralanıb.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM