QHT Şurası əməkdaşlığı rədd edən şirkətlərin adlarını açıqladı

11:12 | 16.11.2013
QHT Şurası əməkdaşlığı rədd edən şirkətlərin adlarını açıqladı

QHT Şurası əməkdaşlığı rədd edən şirkətlərin adlarını açıqladı

Azərbaycanda kifayət qədər transmilli şirkətlər fəaliyyət göstərsə də, onlar demək olar ki, heç bir sosial layihəyə dəstək vermirlər. Deputat Azay Quliyev də Milli Məclisin ötən iclaslarından birində bu məsələyə toxunaraq transmilli şirkətlərin Azərbaycan ictimaiyyətinin təkliflərini iqnor etdiyini bildirmişdi.

Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası katibliyinin icraçı direktoru Fərasət Qurbanov Modern.az-a millət vəkilinin şikayət etdiyi transmilli şirkətlərin adını açıqlayıb. O bildirib ki, QHT-lərə Dövlət Dəstəyi Şurası transmilli korporasiyalara sosial layihələrin həyata keçirilməsi üçün təkliflər irəli sürsə də, hələ ki, cavab verilməyib.  

“Vətəndaş cəmiyyətini gücləndirilməsi, QHT-lərin inkişafı, onlara daha yaxşı xidmətlərin təşkili, müsabiqələrin daha geniş keçirilməsi üçün həm öz resurslarını səfərbər edir, həm də beynəlxalq əməkdaşlığa böyük önəm veririk. İlin əvvəlində Şura özünün fəaliyyət planını hazırlayarkən bütün bunları nəzərə alır. Transmilli korporasiyaların, digər beynəlxalq qurumların Şuranın elan etdiyi müsabiqəyə cəlb edilməsi, maliyyə vəsaitinin azlığını nəzərə alaraq əlavə resursların cəlb edilməsi üçün şirkətlərlə görüşlər keçirilir. Əlbəttə, artıq belə bir təcrübə var. Şura həm Dünya Bankı, həm də Açıq Cəmiyyət İnstitutunun Yardım Fondu, eləcə də  “Holsim”lə (keçmiş “Qarabağ Sement”) birgə belə qrant müsabiqələri təşkil edilib”.

Fərasət Qurbanov onu da bildirdi ki, bu il “Azərcell” və “Bakcell” şirkətləri ilə birgə belə layihələr keçirmək üçün müraciət edilsə də, heç bir cavab ala bilməyiblər.

 “Özümüzün əməkdaşlıq imkanlarımızı onlara açdıq, onlara əməkdaşlıq təklif etdik. Təbii ki, görüşlərdə təkliflərimiz çox yaxşı qarşılandı, onlar öyrənilərək Şuraya cavab veriləcəyi bildirildi. Amma təkliflərimizə heç bir cavab verilmədi. Hesab edirik ki, həmin şirkətlərin sosial sahəli proqramların bir qisminin QHT-lərin inkişafına yönəldilməsi onlara başucalığı gətirə bilər. Əlbəttə, bu şirkətlərin hər biri ayrı-ayrılıqda müəyyən sosial proqramlar həyata keçirir. Amma bütövlükdə vətəndaş cəmiyyətinə yönəlik bir proqramın hələ ki, şahidi olmuruq. Eyni zamanda BP kimi transmilli korporasiyanın da vətəndaş cəmiyyətinə yönəlik bir proqramları yoxdur.

Biznes qurumlarının vətəndaş cəmiyyətinə dəstəyi bir biznes mədəniyyətidir. Biz də belə bir ənənənin formalaşması, üçün onlara əməkdaşlıq təklif edirik. Bundan başqa onlardan maliyyə istəmirik. Çünki özümüz də müəyyən qədər maliyyə təklif edib əməkdaşlıq təklif etdik. Təbii ki, etika xətrinə təkliflərimiz dinlənilir. Cavab veriləcəyi deyilsə də, heç bir cavab verilmir”.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb