Qida məhsulları reseptə yazıla bilməz - Səhiyyə Nazirliyindən xəbərdarlıq

Bioloji aktiv qida məhsullarının (BAQM) reseptə yazılması qadağandır. Bu barədə Səhiyyə Nazirliyinin Azərbaycanda fəaliyyət göstərən özəl tibb müəssisələrinə müraciətində deyilir.
Qeyd olunub ki, həmin qanunun 14-1.3-cü maddəsinə əsasən, bioloji aktiv qida məhsullarının üzərində və istifadə təlimatlarında (içlik vərəqlərində) əmtəə nişanı adının yazıldığı hər yerdə əmtəə nişanı adının altında onunla eyni ölçüdə və şriftdə olan ağ fonda qara rəngli aydın, seçilən, qalın və böyük hərflərlə, silinməsi mümkün olmayan tərzdə çap olunmuşan "DƏRMAN VASİTƏSİ DEYİLDİR!” sözlərinin yazılması məcburi xarakter daşıyır.
www.anews.az
Son xəbərlər
Daha çox 