Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən "QHT İdarəetmə Akademiyası”– nın (QİDA) Qış Sessiyası başa çatıb.
"Sığortanın əsasları” adlı təlim QİDA proqramı və "Siğortalı Gənclik” layihəsi çərçivəsində Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dəstəyi ilə təşkil olunub.
Təlim proqramı QİDA-nın "Şəxsi və Peşəkar inkişaf Akademiyası" tədris bloku üzrə həyata keçirilib. Təlim zamanı iştirakçılara sığorta ilə bağlı mövcud qanunvericilik bazası, sığortanın mahiyyəti, sığorta mədəniyyətini formalaşdıran amilllər, müqavilə, təkrar sığorta, sığorta riskləri barədə biliklərini artırmaq və dünya görüşünü genişləndirmək imkanı yaradıb.
Tədris proqramında fəallıq göstərən gənclər təşkilatçılar tərəfindən mükafatlandırılıb.
Məlumat üçün qeyd edək ki, 2014-cü ilin noyabr ayında start verilən "Sığortalı Gənclik” layihəsi Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, "Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı, Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !