Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin tərkibi genişləndirilib

13:20 | 27.05.2023

Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin tərkibi genişləndirilib.
 
Bu, Nazirlər Kabinetinin qərarı ilə "Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin Nizamnaməsi"nə edilən dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, İdarə Heyətinin tərkibi 5 (beş) nəfərdən - Agentliyin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədrindən və onun dörd müavinindən ibarətdir.

İndiyə qədər İdarə Heyətinin tərkibi 3 (üç) nəfərdən - Agentliyin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədrindən və onun iki müavinindən ibarət idi.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb