Pakistanda həyat hər an daha da çətinləşir. Ölkədə həddindən artıq istilərdən həyatını itirənlərin sayı 1400-ə yüksəlib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, ölkənin cənubundakı Sind əyalətində son 10 gündür dəhşətli isti havayla bağlı yaşanan ölüm hadisələri davam edir. Xüsusilə əyalətin paytaxtı Kəraçidə həddindən artıq isti havanın davam etməsi, yaşanan uzun davamlı elektrik və su kəsintiləri ölümlərin çoxalmasına səbəb olur.
Kəraçidəki həddindən artıq isti hava səbəbindən həyatını itirənlərin böyük bir qismi küçədə yaşayanlar, çətin şərtlər altında çalışanlar və yaşlılardır. Sind əyalətinin səhiyyə müəssisəsinin rəhbəri Hasan Muradın jurnalistlərə verdiyi açıqlamaya görə, iyunun 20-dən bu yana Kəraçidə həddindən artıq isti hava dalğasına bağlı xəstəliklər səbəbindən həyatını itirənlərin sayı 1200-ə yüksəlib.
Əyalətin baş naziri Seyid Qaim Əli Şah daha əvvəl Kəraçidən kənardakı bölgələrdə də 200 adamın istilər səbəbindən həyatını itirdiyini açıqlayıb. Onun sözlərinə görə, meyitxanalardakı 200 cəsəddən 140-ı basdırılıb.
Pakistan Meteoroloji Müəssisəsindən verilən açıqlamaya görə, sabah gecədən etibarən Hind okeanı üzərindən gələcək sərin küləklər ilə Kəraçidə yağış gözlənilir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !