Qırğıstanda 70 mindən çox gəncə ehtiyaclarının ödənməsi üçün xüsusi sertfikatlar verilib

Qırğıstanda 70 mindən çox gəncə ehtiyaclarının ödənməsi üçün xüsusi sertfikatlar verilib. Bunu Qırğız Respublikası Joqorku Keneşinin üzvü Kubanıçbek Samakov deyib.
"Ölkəmizdə əhalinin 35%-ni gənclər təşkil edir. Gənclərlə bağlı bir sıra uğurlu siyasətimiz mövcuddur. Əlilliyi olan gənclər, həssas qrupa daxil olan gənclərimiz üçün qayğı ilə əhatə olunan proqramlar var. Hazırda ölkədə ehtiyacı olan 70 mindən çox gəncə xüsusi sertfikat verilib. Onkoloji xəstəliklər üzrə də yoxlamalar həyata keçirilir”, - Samakov iyunun 5-də Milli Məclisdə "TÜRKPA üzv dövlətlərinin gənclərinin fiziki və psixi sağlamlıq problemləri” mövzusunda çıxışında deyib.
O bildirib ki, böhranın öhdəsindən gəlmək üçün TÜRKPA ölkələri birgə hərəkət etməlidir.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:28
2027-ci ildə AÇG blokunda dərin qatlardakı qazın hasilatı kommersiya səviyyəsinə çata bilər

İqtisadiyyat 17:24
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib

İqtisadiyyat 15:17
Xaricdə yaşayanlara pensiya və müavinətlərin elektronlaşdırılması müzakirə olunur

İqtisadiyyat 15:12
Xaricdə yaşayanlara pensiya və müavinətlərin elektronlaşdırılması müzakirə olunur




















