Qırğız somu kəskin ucuzlaşdı

18:12 | 21.08.2015
Qırğız somu kəskin ucuzlaşdı

Qırğız somu kəskin ucuzlaşdı

Qırğızıstanda milli valyuta olan somun dollara nisbətdə məzənnəsi respublikanın tarixində ilk dəfə minimum həddə qədər ucuzlaşıb.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, Qırğızıstanın Milli Bankının məlumatına əsasən, dolların 21 avqust tarixinə rəsmi kursu 62,145 som təşkil edir.

Bişkekin mübadilə məntəqələri dolları 64,4 soma alıb, 65,4 soma satır, bu barədə yerli KİV xəbər verib.

Milli Bank əhalini təşvişə düşməməyə, yaxın gələcəkdə valyuta bazarında vəziyyətin sabitləşməsini gözləməyə çağırıb.

"Somun ucuzlaşması üçün obyektiv zəmin yoxdur”, - maliyyə tənzimləyicinin rəhəbərinin müavini Nurbek Jeniş bəyan edib.

Onun sözlərinə görə, somun kursunun düşməsinə səbəb Qazaxıstanın inflyasiyanın hədəflənməsi və valyuta dəhlizini ləğv etmə rejiminə keçməsi ilə əlaqədar qəbul etdiyi qərardır. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM