Qoşulma haqqında müqavilə 23 dekabr 2014-cü il tarixində imzalanıb
Qırğızıstan Avrasiya İqtisadi İttifaqının (Aİİ) tamhüquqlu üzvü olub.
"Report" xəbər verir ki, müvafiq məlumat Avrasiya İqtisadi Komissiyası tərəfindən yayılıb.
"Avqustun 6-sı Qırğızıstanın Aİİ-yə qoşulması barədə müqavilə qüvvəyə minir. Qırğızıstan Ermənistan, Belarus, Qazaxıstan və Rusiyadan sonra Aİİ-nin beşinci tamhüquqlu üzvü olur", - deyə məlumatda qeyd olunub.
Qoşulma haqqında müqavilə 23 dekabr 2014-cü il tarixində, müqavilənin ayrılmaz hissəsi olan protokollar isə bu ilin 8 may tarixində imzalanıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !