Qırğızıstan Bakıdan aviareyslərin bərpasına çalışır

23:59 | 08.10.2015
Qırğızıstan Bakıdan aviareyslərin bərpasına çalışır

Qırğızıstan Bakıdan aviareyslərin bərpasına çalışır

Qırğızıstanın Azərbaycandakı səfirliyi Bakı-Bişkək marşrutu üzrə mütəmadi aviareyslərin bərpa edilməsi üzərində işləyir.
 
Bunu Trend-ə müsahibəsində Qırğızıstanın Azərbaycandakı səfiri Aycigit Buranov deyib.

Diplomat xatırladıb ki, 2014-cü ilin payızında Azərbaycan rəhbərliyinin köməyi ilə AZAL Bişkək və Bakı arasında birbaşa hava reysi açdı: "Lakin bu reysin sərnişinlərlə dolmaması və məhdud rentabelliyi səbəbindən Qırğızıstana uçuşlar dayandırıldı”.

A.Buranovun sözlərinə görə, səfirlik bir və ya iki həftədə bir dəfə olmaqla mütəmadi aviareyslərin bərpa edilməsi üzrə müvafiq işlər aparır: "Qırğızıstan mövcud plana uyğun olaraq ölkəyə Azərbaycan da daxil olmaqla xarici turistlərin cəlb edilməsi üzərində çalışır”.

Diplomat əlavə edib ki, Bakı-Bişkək-Bakı marşrutu üzrə mütəmadi aviareyslərin ləğvi Qırğızıstan və Azərbaycan arasında turizmin inkişafına mənfi təsir edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM