Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfərə gəlir - Gözləntilər

14:47 | 04.07.2024
Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfərə gəlir - Gözləntilər

Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfərə gəlir - Gözləntilər

İyulun 5-6-da Qırğızıstan prezidenti Sadır Japarov Azərbaycana rəsmi səfərə gələcək. Bu barədə ölkənin  Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Muratbek Azımbakiyev məlumat verib. 

"Dövlət başçısı Türk Dövlətləri Təşkilatına üzv olan dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısında iştirak edəcək. Tərəflər təbii fəlakətlər, iqlim dəyişikliyi və UTC üzvü olan ölkələrin nəqliyyat əlaqələrinin gücləndirilməsi nəticəsində yaranan fəlakətlərə qarşı kollektiv cavab tədbirlərini müzakirə edəcəklər”, - Muratbek Azımbakiyev bildirib.

Sammitdə təşkilata üzv olan dövlət başçıları - Azərbaycan, Qazaxıstan, Özbəkistan, həmçinin Türkiyə və Macarıstanın hökumət başçıları iştirak edəcək.
 
Siyasi məsələlər üzrə ekspert Tural İsmayılov hesab edir ki, Qırğızıstan prezidentinin Azərbaycana səfəri çərçivəsində strateji müttəfiqlik münasibətlərinə uyğun olaraq yeni anlaşmalar ətrafında müzakirələr aparıla bilər. 
 
Azərbaycanla Qırğızıstan  arasında artıq strategiya müttəfiqlik münasibətləri formalaşıb. İki ölkə həm Türk Dövlətləri Təşkilatı nəzdində, həm Şanxay Əməkdaşlıq Təşkilatında, həm də bir sıra başqa təşkilatlarda yaxından müttəfiqlik edirlər. Qırğızıstan Prezidenti sonuncu olaraq Azərbaycanın işğaldan azad edilmiş bölgələrinə səfərlər edib. Burada həyata keçirilən abadlıq, quruculuq prosesi ilə yaxından tanış olub. Həmçinin Qırğızıstan Prezidenti Sadır Caparov işğaldan azad edilmiş bölgələrdə məktəb tikintisini də öz üzərinə götürmüş oldu ki, bu da Qırğızıstan-Azərbaycan münasibətlərinin bugün Türk dünyası kontekstində nə qədər əhəmiyyətli bir hala gəldiyini göstərir. Hər halda bu səfər kontekstində Azərbaycanla Qırğızistan arasında strateji mütləfiqlik münasibətlərinə uyğun olaraq yeni anlaşmalar ətrafında müzakirələr aparıla bilər. Eyni zamanda Sadır Caparov növbət dəfə Şuşaya  səfər edəcək. Burada türk dövlətlərinin liderləri ilə bir araya gələcək. Bugün Qırğızıstan Mərkəz Asiyada iqtisadi ticari imkanlarına görə böyük mövqələr əldə edib və kifayət qədər böyük siyasi və iqtisadi gücə malikdir", - ekspert söyləyib. 
 

Qırğızıstan iyunda Azərbaycana yeni səfir təyin edib. 
 
Həmçinin İyunun 5-də Azərbaycanda rəsmi səfərdə olan Qırğız Respublikası Joqorku Keneşinin (parlament) sədri Nurlanbek Şakiyevin başçılıq etdiyi parlament nümayəndə heyəti  Füzuli və Şuşada olub.
 
Bundan əvvəl Qırğızıstan Ağdamın Xıdırlı kəndində orta məktəb tikəcəyini açıqlayıb.  
 
Aytac Zeynalova 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM