• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Qırğızıstan səfirinin Azərbaycandakı diplomatik missiyası başa çatıb

Qırğızıstan səfirinin Azərbaycandakı diplomatik missiyası başa çatıb
21.06.2024 18:07
Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyevin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatıb.Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bununla əlaqədar Azərbycan xarici işlər naziri Ceyhun Bayramov səfiri qəbul edib. Görüş zamanı Azərbaycan və Qırğızıstan arasında mövcud dərinləşmiş strateji tərəfdaşlıq münasibətlərindən, liderlər arasında artan siyasi təmaslardan və artan əməkdaşlıqdan məmnunluq ifadə olunub.

Nazir Azərbaycanda diplomatik fəaliyyəti müddətində Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlıq əlaqələrinin inkişafında səylərinə görə qarşı tərəfə təşəkkür edib, ona gələcək işlərində uğurlar arzu edib.
Azərbaycan və Qırğızıstan arasında ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlığın əsasında iki ölkə və xalqlarımız arasında mövcud qardaş və dost münasibətlərin, həmrəylik və qarşılıqlı dəstəyin dayandığı məmnunluqla qeyd olunub. Bir çox istiqamətlər, xüsusilə qarşılıqlı investisiyalar, nəqliyyat və kommunikasiyalar kimi sahələr üzrə əməkdaşlığın geniş perspektivlərinin olduğu, mövcud potensialdan istifadənin zəruriliyi vurğulanıb.

Həmçinin, görüş zamanı regional və beynəlxalq təşkilatlar, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində artan dinamikanın təqdirəlayiq olduğu diqqətə çatdırılıb.

Səfir Kayrat Osmonaliyev Qırğızıstanın Azərbaycanda səfiri kimi çalışdığı müddətdə göstərilən dəstəyə görə təşəkkür edib, iki ölkə arasında strateji xarakter kəsb edən tərəfdaşlığın bundan sonra da inkişaf edəcəyinə dair inamını ifadə edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Siyasət 14:38
Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Ərdoğan Rusiya və Azərbaycan arasında gərginliyə münasibət bildirib
Siyasət 14:29
Ərdoğan Rusiya və Azərbaycan arasında gərginliyə münasibət bildirib
Prezident venesuelalı həmkarını təbrik edib
Siyasət 11:25
Prezident venesuelalı həmkarını təbrik edib
İlham Əliyev Xankəndidəki 17-ci Zirvə görüşündən paylaşım edib
Siyasət 22:50
İlham Əliyev Xankəndidəki 17-ci Zirvə görüşündən paylaşım edib
Pezeşkianın Azərbaycana səfəri başa çatıb
Siyasət 20:11
Pezeşkianın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Siyasət 19:00
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Prezident Xankəndidə Ərdoğanla görüşüb
Siyasət 18:55
Prezident Xankəndidə Ərdoğanla görüşüb
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatıb
Siyasət 18:04
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatıb
XankəndidəECO 17-ci Zirvə görüşü başa çatıb
Siyasət 16:40
XankəndidəECO 17-ci Zirvə görüşü başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol