Qırğızıstan-Tacikistan sərhədində ara yenidən qarışdı, yaralılar var

20:53 | 23.09.2021
Tacikistan-Qırğızıstan sərhədində məktəblilərlə valideynlər arasında kütləvi dava baş verib.

"Qafqazinfo”nun məlumatına görə, bu barədə "Moskovski Komsomolets" qəzeti Qırğızıstanın Batken vilayətinin başçısının müavini Marufxan Tulayevə istinadən yazır. Onun sözlərinə görə, bu gün günorta saatlarında 30-a yaxın tacik məktəbli Kok-Taş sərhəd kəndində 13-14 yaşlı qırğız uşağa hücum edərək onları döyüb. Zərərçəkənlər çoxsaylı xəsarət izləri ilə xəstəxanalara yerləşdiriliblər. Tulayev bildirib ki, hazırda Qırğızıstan-Tacikistan sərhədində vəziyyəti təhlükəsizlik qüvvələri nəzarətə alıb.

Smotrim.ru isə hadisənin detallarını yazıb. Bildirilir ki, xəsarət alanların valideynləri və qohumları Tacikistana keçərək 2 şagirdi və onların valideynlərini döyüblər. Bundan sonra davaya 50-dən çox insan qarışıb. Dava hər iki ölkənin regional idarələrinin nümayəndələri və hüquq-mühafizə orqanlarının əməkdaşlarının səyləri ilə dayandırılıb.

Tacikistan tərəfi isə iddia edir ki, məktəblilərin qırğız yeniyetmələrinə hücum etməsi iki saat əvvəl baş vermiş hadisədən qaynaqlanıb. Belə ki, səhər saatlarında Batken şəhər sakinləri Tacikistanın Somoniyön kəndinin 64 saylı məktəbini daşa tutublar. Bu zaman kəndin 31 yaşlı sakini və körpə uşaq xəsarət alıb. Ümumilikdə isə, 4 nəfər xəstəxanaya yerləşdirilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM