AzVision.az xəbər verir ki, baş nazirin müavinin içində olduğu avtomobil Bişkek – Kara-Balta avtomobil yolunda "KamAZ” markalı yük maşını ilə toqquşub.
Hadisə nəticəsində Temir Cumakadırovla yanaşı, onun köməkçisi və sürücüsü də vəfat edib.
Qeyd edək ki, Temir Cumakadırov qarşıdan gələn prezident seçkisinin keçirilməsi məqsədi ilə yaradılan Respublika Mərkəzi seçki qərargahına başçılıq edib. O, seçki məntəqələrinin hazırlığını yoxlamaq üçün Talas şəhərinə gedirmiş.
Faktla bağlı araşdırmalar başlayıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !