Qırğızıstanda parlament seçkilərinin vaxtı açıqlanıb

19:00 | 03.07.2020
Qırğızıstanda parlament seçkilərinin vaxtı açıqlanıb

Qırğızıstanda parlament seçkilərinin vaxtı açıqlanıb

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov parlament seçkilərinin oktyabrın 4-nə təyin edilməsi haqqında Fərman imzalayıb.

Anews.az "Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti açıqlama yayıb: "Qırğızıstan Konstitusiyasının 64-cü maddəsinin 1-ci hissəsinin 1-ci bəndinə və Qırğızıstan Konstitusiya Qanununun 59-cu maddəsinin 3-cü hissəsi, "Prezidentin və Joqorku Keneş deputatlarının seçilməsi haqqında” qanuna əsasən, yeni çağırış parlament deputatlarının seçkilərini 4 oktyabr tarixinə təyin olunması qərara alınıb”.

Qırğızıstan Mərkəzi Seçki və Referendum Komissiyasına seçkiləri təşkil etmək, hökumətə isə lazımi maliyyə resursları ayırmaq tapşırılıb.





www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM