Qırğızıstanda rus dilinin rəsmi statusu ləğv oluna bilər

22:00 | 26.11.2020
Qırğızıstanda rus dilinin rəsmi statusu ləğv oluna bilər

Qırğızıstanda rus dilinin rəsmi statusu ləğv oluna bilər

Qırğızıstanda rus dilinin rəsmi statusu yeni konstitusiya islahatları çərçivəsində ləğv oluna bilər.

Anews.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni konstitusiyanı hazırlamağa məsul olan komissiyanın üzvü olan Sadirdin Toraliyev yeni layihədə rus dilinin rəsmi dövlət dili statusunun ləğv edilməsini təklif edib.

O bildirib ki, qırğız dilinin gələcəyi təhlükədədir. Gənclər arasında bu dilin öyrənilməsini təşviq etmək üçün dilin inkişafı və Qırğızıstanda qırğız dili ilə bərabər statusa malik rus dilinin dövlət dili olmasının ləğvi vacibdir.

Qeyd edək ki, postsovet məkanında Qazaxıstan, Qırğızıstan və Belarus müstəqillikdən sonra rus dilinin də rəsmi dövlət dili statusunu saxlayıblar. Nəticədə bu ölkələrdə yeni nəsil arasında yerli dillər qeyri-populyar dil olmağa başlayıb.



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb