Bakını Şuşa ilə birləşdirəcək Zəfər yolunun tikintisinin 2021-ci il avqustun sonu sentyabrın əvvəlində bitəcəyi planlaşdırılır Bu barədə Anews-a tikinti işləri ilə məşğul olan şirkətlərdən birinin adının anonum saxlanmasını istəyən məsul işçisi bildirib.
Onun sözlərinə görə, Şuşanı Bakı ilə iki yol birləşdirəcək. Onlardan biri Azərbaycan əsgərlərinin Şuşanı alana qədər qət etdikləri "Zəfər yolu", digəri isə ona paralel tikilən yoldur. Hər iki yol Beynəlxalq səviyyəli, üç zolaqlı yollar olacaq. "Zəfər yolu" pulsuz, ikinci daha qısa yol isə ödənişli olacaqdır.
Bundan başqa Şuşadan Naxçıvandan keçməklə Türkiyəyə kimi uzanacaq "Turan yolu" da tikilir.
Hazırda isə Şuşaya aparan ən yaxın yol ermənilərin məskunlaşdığı və rus sülhməramlılarının nəzarəti altında olan Qirmizi bazardan keçir. Bu yolla gedən Azərbaycan maşın karvanlarını rus sülhməramlıları müşayət edir. Qırmızı bazardan Şuşaya kimi 5 Rusiya sülhməramlılarının posundan keçməli olurlar.
Şuşa 1992-ci il mayın 8-də ermənilər tərəfindən işğal edilib və noyabrın 8-də azad olunubdur.
Daha ətraflı video reportajda:
Hazırladı: Samirə Əli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !