• $
  • €
  • ₽
  • ₺
  • £

"Qırmızı Kitab"a düşən şahin quşları Siyəzən və Şabranda təbiətə buraxılıb

"Qırmızı Kitab"a düşən şahin quşları Siyəzən və Şabranda təbiətə buraxılıb
01.04.2023 20:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qətər Dövlətinin Azərbaycandakı səfirliyi ilə birgə ölkəmizin bioloji müxtəlifliyinin inkişafına dəstək məqsədilə adı "Qırmızı Kitab"a düşən şahin quşlarının Siyəzən və Şabran rayonları ərazisində vəhşi təbiətə buraxılışını həyata keçirib.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyev  bildirib ki, bu gün keçirilən tədbirdə Qətər dövləti tərəfindən təqdim olunmuş 50 ədəd şahin quşu təbii areallarına buraxılıb və tədbir Azərbaycanda "Qırmızı Kitab"a düşən və sayı azalan növlərin bərpasına, bioloji müxtəlifliyin qorunmasına, növlərin populyasiyalarının sabitləşməsinə töhfə vermək, bu sahədə dayanıqlı inkişafı dəstəkləmək məqsədi daşıyır.

Xidmət rəsmisi, tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin, həmçinin Qətər Dövlətinin Azərbaycandakı səfiri Feysal bin Abdullah Al Hinzab, Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) Bakı ofisinin rəhbəri Elşad Əsgərov, Azərbaycan Ornitoloji Cəmiyyətinin sədri Elçin Sultanovun və Qətər Dövlətindən ölkəmizə gələn qonaqların iştirak etdiyini də vurğulayıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Samuxda iki avtomobil toqquşub, ölən var
Cəmiyyət 20:33
Samuxda iki avtomobil toqquşub, ölən var
Bakıda qadın qətlə yetirilib, ögey qardaşı şübhəli bilinir
Cəmiyyət 19:47
Bakıda qadın qətlə yetirilib, ögey qardaşı şübhəli bilinir
Lənkəranda ev yanıb
Cəmiyyət 18:57
Lənkəranda ev yanıb
AQTA Bakıda 41 şadlıq sarayında qida təhlükəsizliyi pozuntusu aşkarlayıb
Cəmiyyət 18:35
AQTA Bakıda 41 şadlıq sarayında qida təhlükəsizliyi pozuntusu aşkarlayıb
MKA “Azərpoçt”un adından göndərilən saxta SMS-lərlə bağlı xəbərdarlıq edib
Cəmiyyət 17:25
MKA “Azərpoçt”un adından göndərilən saxta SMS-lərlə bağlı xəbərdarlıq edib
Əli Məsimli fermerlərin gəlirinə 10 faizlik verginin tətbiqinə qarşı çıxıb
Cəmiyyət 17:03
Əli Məsimli fermerlərin gəlirinə 10 faizlik verginin tətbiqinə qarşı çıxıb
567 nömrəli marşrutun avtobusları yenilənir
Cəmiyyət 16:28
567 nömrəli marşrutun avtobusları yenilənir
Deputat ANAMA əməkdaşları ilə bağlı təklif verib
Cəmiyyət 15:57
Deputat ANAMA əməkdaşları ilə bağlı təklif verib
DSX: Azərbaycana 14 tondan çox avtomobil ehtiyat hissəsinin keçirilməsinin qarşısı alınıb
Cəmiyyət 15:28
DSX: Azərbaycana 14 tondan çox avtomobil ehtiyat hissəsinin keçirilməsinin qarşısı alınıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol