Qırmızı Ürəklər Fondu və Kapital Bank-ın dəstəyi, "Dance Ability Azərbaycan” İnklüziv Rəqs Şirkətinin təşkilatçılığı ilə "Bütün Vücudlar Danışır” sosial layihəsi üzrə növbəti təlim keçirilib.
Su İdman Sarayında baş tutan təlimdə əlilliyi olan şəxslərə "DanceAbility” metodu ilə yeni bacarıqlar öyrədilib. "DanceAbility” metodu təhlükəsiz və qərəzsiz mühit yaradaraq insanlara rəqs vasitəsilə öz emosiyalarını ifadə etmək bacarığı qazandırır. Həmçinin təlim əlilliyi olan və olmayan şəxslər arasında empatiya əsaslı ünsiyyət yaradır. 8 aydır davam edən layihədən ümumilikdə 500-ə yaxın şəxs iştirak edib.
Kapital Bank-ın da Korporativ Sosial Məsuliyyət layihəri çərçivəsində dəstək olduğu layihənin məqsədi əlilliyi olan şəxslərin həyat keyfiyyətinin yüksəldilməsi, inklüzivlik, bərabərlik və müyəssərlik meyarlarının artırılmasıdır. Layihə sağlamlıq imkanları məhdud olan uşaqları, qaziləri və ahıl şəxsləri əhatə edir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !