Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) əməkdaşları Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən saxlanılan keçmiş erməni separatçı rejiminin "liderlərini" ziyarət ediblər.
BQXK-nın məlumatına görə, saxlanılan şəxslərlə fərdi görüşlər keçirilib və onların ailələri ilə əlaqə qurması üçün şərait yaradılıb.
BQXK öz mandatına uyğun olaraq, belə ziyarətlər zamanı saxlanılan şəxslərlə rəftarı və onların saxlanma şəraitini qiymətləndirir, həmçinin ailə üzvləri ilə əlaqənin bərpası və ya qorunması üçün şərait yaradır.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !