QİÇS-lə mübarizəyə 100 milyon dollar ayrıldı

09:23 | 03.12.2013
QİÇS-lə mübarizəyə 100 milyon dollar ayrıldı

QİÇS-lə mübarizəyə 100 milyon dollar ayrıldı

ABŞ prezidenti Barak Obama Ağ Evdə QİÇS virusu ilə mübarizə aparmaq üçün yeni müalicə usullarının tapılmasından ötrü 100 milyon dollarlıq bir araşdırma layihəsi açıqlayıb. ANS PRESS-in Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, Ümumdünya QİÇS günü münasibətilə çıxış edən Ağ Evin rəhbəri vurğulayıb ki, bundan əvvəl də bu bəla ilə mübarizədə çoxlu maliyyə yardımı ayrılmışdı. Obama çıxışı zamanı ötən il dünyada bu xəstəlikdən əziyyət çəkən 6 milyon insana dərmanlarla yardım edildiyini açıqlayıb. BMT-nin Baş Katibi Pan Gi Mun da Ümumdünya QİÇS günü münasibəti ilə dünya ictimaiyyətinə müraciət edərək bildirib ki, son illərdə yeni infeksiya və ölüm halları göstəricilərində əhəmiyyətli dərəcədə azalma müşahidə olunmaqdadır. 2015-ci ilə qədər 15 milyon insanın virus əleyhinə müalicə ala bilməsini reallaşdırmaq hədəfi istiqamətində çox yaxşı irəliləyişlər əldə edilib. Xatırladaq ki, Azərbaycanda 2013-cü ildə QİÇS-ə yoluxanların sayı 4171 nəfər olub. Onların 96 faizi Azərbaycan vətəndaşıdır. QİÇS mərhələsində olanların sayı isə 1248 nəfərdir. Xəstəlikdən ölənlərin sayı 578 nəfərə çatıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM