Qış Parkında parkinq qiymətləri artırılır - Yenilənib

13:31 | 27.03.2024
Qış Parkında parkinq qiymətləri artırılır - Yenilənib

Qış Parkında parkinq qiymətləri artırılır - Yenilənib

(Yazıya qara hərflərlə AYNA-nın açıqlaması əlavə edilib)
 
Aprelin 1-dən Qış Parkında parkinq qiymətlərinin məbləği artırılacaq. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat paylaşıb. 
 
Qiymətlər aşağıda qeyd olunan cədvəldəki kimi tətbiq olunacaq.
 
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən "APA"ya bildirilib ki, ağentliyin balansında olan yeraltı parklanma məntəqələrində yeni aylıq tariflərə əsasən qiymətlər bir gün üçün 1 manat 66 qəpik – 4 manat 66 qəpik arasında dəyişir. Hətta ən yüksək aylıq tariflə bir saata görə ödəniş 20 qəpik təşkil edir. Hökumət evi, Qış parkı və Mərkəzi parkda yeraltı parklanma məntəqləri üzrə parklanma fəaliyyətindən daxilolmalar xərcləri tam qarşılamır.Parklanma məntəqələrində mövcud avadanlıqlar (lift, eskalator, ödəniş terminalları, yanğından mühafizə sistemi və s.) qeyri-qənaətbəxş vəziyyətdədir, təmiri və yenilənməsi üçün əsaslı vəsait qoyuluşu tələb olunur. Həm yaranan zərərin azaldılması, eləcə də əhaliyə göstərilən xidmət səviyyəsinin artırılması məqsədilə mövcud tariflərin dəyişdirilməsi məqsədəuyğun hesab edilib", - açıqlamada qeyd olunur. 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb