QİÇS virusunun kökü kəsiləcək ŞAD XƏBƏR

13:04 | 19.11.2014
QİÇS virusunun kökü kəsiləcək ŞAD XƏBƏR

QİÇS virusunun kökü kəsiləcək ŞAD XƏBƏR

BMT-nin QİÇS-lə mübarizə proqramı UNAIDS adı çəkilən xəstəliyə səbəb olan HİV virusunun 2030-cu ilə qədər qlobal təhlükə vəziyyətinin sovuşacağını açıqlayıb.ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, təşkilatın Cenevrədəki ofisindən verilən açıqlamada qarşıdakı 5 il ərzində QİÇS-lə mübarizə sürətlə aparılarsa, 2030-cu ilə qədər 28 milyon yeni infeksiyanın və QİÇS-lə bağlı 21 milyon ölümün qarşısının alınacağı diqqət çəkdi. O da bildirilib ki, 2005-ci ildən bu yana xəstəlikdən ölüm sayı 35 faiz azalıb.Qeyd edək ki, xəstəliyin meydana gəlməsindən indiyə kimi 78 milyon nəfər virusa yoluxub, 39 milyon nəfər isə dünyasını dəyişib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM