Qiyamət günün vaxtı bəlli oldu

22:27 | 15.05.2017
Qiyamət günün vaxtı bəlli oldu

Qiyamət günün vaxtı bəlli oldu

Son günlərdə dünyanın dağılması ilə bağlı bir sıra maraqlı proqnozlar verilir. Tanınmış astrofizik Stiven Houkinqin proqnozlarından sonra şotlandiyalı arxeoloq Qrehem Hankok da maraqlı proqnozlar verib. Son 20 ildə ağlasığmaz layihələrlə yadda qalan Qrehem elə iddialar irəli sürüb ki, həm tarixi həm də gələcəyi kökündən dəyişdirə bilər. O, 2030-cu ildə dünyanın dağılacağına əmin olduğunu deyib.

Milli.Az xəbər verir ki, şotlandiyalı arxeoloq daha əvvəl bəşəriyyətin yox olduğunu və yenidən yarandığını iddia edirdi. Onun iddialarına görə, hazırki yaşadığımız dünya daha əvvəl də bu günki kimi son dərəcə inkişaf etmiş bir vəziyyətdə olub. Üstəlik dini aspektdən baxanda bu iddia elə də əsassız sayılmaz. Hankokun sözlərinə görə, bu iddiaları özündən uydurmur. Tarixi dair faktların içərisində, müxtəlif hekayələrdə, İncildə və müxtəlif miflərdə bəhsi gedən həqiqətlər onu deməyə əsas verir ki, dünyamızda bu fəlakətə və əvvəlki inkişaf etmiş mədəniyyətimizə işarə edən dəlillər mövcuddur.

İddiası haqında yeni dərc edilən "Tanrıların cadugərləri" kitabında geniş şərh verib. Onun qeydlərinə əsasən, dünyamız, 13 min il əvvəl reallaşan buz dövrü ilə populyasiyasının böyük bir qismini itirib. Daha sonrakı proseslərdə isə planetə dəyən quyruqlu ulduz nəticəsində ağlasığmaz zəlzələlər və sunamilər baş verib.
Kitabda irəli sürülən faktlar içərisində ən vacibi və maraqlısı odur ki, dünyada arxeoloji qazıntılar zamanı aşkarlanan müəmmalı tapıntılar əvvəlki dünyanın quruluşu haqqında işarələrdir. Misal olaraq, Türkiyənin Göbəklitəpə ərazi yaxınlığında tapılan ən qədim tikililər çox böyük memarlıq və mühəndislik bacarığı tələb edir.

Hankok onu da qeyd edib ki, bu gün, əvvəlki zamana aid tapılan daşların, tikililərin üzərində olan astronomiyaya aid səs və hərfləri, yazılı mənbələri oxuya biləcək çox az sayda mütəxəssis var. Bu məlumatlar özündə elə sirləri saxlayır ki, cavabını tapmaq dünyanın sönunu bilmək deməkdir.
Qrehem Hankokun bu iddialarını bir çox elm adamları ciddiyə almayıb. Alimlərin sözlərinə görə, Qrehemin iddiaları narkotik istifadəçisinin gördüyü qarabasmalardan fərqlənmir. Bu sadəcə onun maraqlı hobbisidir.

Edinburq Universitetinin arxeoloqları tərəfindən dərc olunan maraqlı məqalədə Hankokun bir çox məsələlərdə irəli sürdüyü iddiaların haqlı olduğu ortaya çıxıb. Onların sözlərinə görə, Hankokun son 20 ildəki araşdırmaları heç də əbəs yerə deyil. Göbeklitepe ərazisində tapılan daşların üzərində həqiqətəndə 15-16-cı əsrlərdə quyruqlu ulduzun dünyaya düşüşünə dair hekayələr yer alıb.

Elm adamları Hankokun 15-16-cı əsrlərdə quyruqlu ulduzun planetlə toqquşmasından sonra dünyada bir anda ciddi şəkildə iqlim dəyişikliyi yarandığı fikirləri ilə razıdılar. Lakin bu hadisənin əvvəlində nə baş verdiyini, eləcə də daha sonra dünyada hələ nələrin baş verəcəyinə dair qəti fikirlər irəli sürmək olmur. Ortaya atılan nəzəriyələr isbatsız olaraq qalıb.

Hankok dünyanı 200 antik mifə çevirir. Qütblərdən ekvatora qədər bir çox fərqli yerlərdə məskunlaşmış müxtəlif icmaların mədəniyyətində sel və yanğınlarla bağlı faktların olduğu məlumdur. Lakin yenə də, elm Hankokun iddialarını sübut etməkdə aciz qalır.

Onun ritorikalarında keçmiş və gələcək haqqında çox böyük iddialar yer alsa da, bütün bunlar sadəcə fərziyyələrdir. Bu iddiaların öz sübutunu tapması üçün qarşıdakı dövrlərdə daha çox elm adamları,arxeoloq və mütəxəssislər Hankoka qoşularaq məsələ üzərində daha geniş miqyaslı araşdırmalar aparmalıdırlar.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM