Qiymətləndirmə Palatasının heyəti üçün yaxın 6 ayda imtahanlar keçiriləcək

11:26 | 07.03.2024
Qiymətləndirmə Palatasının heyəti üçün yaxın 6 ayda imtahanlar keçiriləcək

Qiymətləndirmə Palatasının heyəti üçün yaxın 6 ayda imtahanlar keçiriləcək

 Yaxın altı ay ərzində Qiymətləndiricilər Palatasının heyəti üçün imtahanlar keçiriləcək. Bunu İqtisadiyyat nazirinin birinci müavini Sahib Ələkbərov deyib.

"Altı ay müddətində qiymətləndiriciləri seçməliyik. Bu imtahanlar əsasında müəyyən edikəcək. İmtahan göstərcilərində ən yaxşı nəticə yığanlar qiymətləndirci qismində prosesdə iştirak edə biləcək. Bu sahədə iştirak etməyən şəxsləri İqtisadiyyat Nazirliyinə müraciət etməyə dəvət edirik",- nazir müavini martın 7-də Biznes Mühitinin Yaxşılaşdırılması üzrə İqtisadi İslahatlar və Müasir Çağırışlar adlı konfransda çıxışında deyib.
 
Nazir müavini vurğulayıb ki, Qiymətləndirmə Palatasının üzvü olmayan şəxslər ölkə üzrə qiymətləndirmə fəaliyyəti ilə məşğul ola bilməyəcək.
 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM