2024-cü ilin ilk 6 ayında Azərbaycanın qiymətli kağızlar bazarında keçirilən əməliyyatlar keçən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə artaraq 18 milyard 616,9 milyon manat təşki edib. Bu barədə Azərbaycan Mərkəzi Bankı xəbər verib.
Nizamlayıcının verdiyi məlumata görə, ilkin iymətli kağızlar bazarında aparılan əməliyyatları həcmi 22,8% artaraq n 4 milyard 280,6 milyon manat, təkrar bazarda keçirilənlərin həcmi isə 2,9 dəfə çoxalaraq 14 milyard 336,3 milyon manat təşkil edib.
Hesabat dövründə qiymətli kağızlar bazarında 7 354 əqd bağlanılıb ki, bu da kkeçən ilin 6 ayı ilə müqayisədə 31,7 % çoxdur. Əqdlərin 1 182-i ilkin bazarın, 6172-si isə təkrar bazarın payına düşüb. Bu da uyğun olaraq keçən ilin eyni dövründən 1,8 % az və 41% çoxdur.
Yanvar-iyunda qiymətli kağızlar bazarında aparılan əməliyyatların 3 milyard 653,5 milyon manatlıq hissəsi və ya 19,6 %-i dövlət qiymətli kağızlarının, 2 milyard 138,3 milyon manatlıq hissəsi və yaxud 11,5 %-i korporativ qiymətli kağızların, 12 milyard 825,1 milyon manatlıq hissəsi və yaxud 68,9 %-i isə repo əməliyyatlarının payına düşüb. Bunlar, əvvəlki ilə nisbətən uyğun olaraq 14,7 %, 53 % və 3,3 dəfə çoxdur.
İl ərzində bu bazarda bağlanmış əqdlərin isə 1 450-si və yaxud 19,7 %-i dövlət qiymətli kağızlarının, 2 018-i və yaxud 27,45 %-i korporativ qiymətli kağızların, 3 886-sı və yaxud 52,85 %-i isə repo əməliyyatlarının payına düşüb. Bunlar isə illik müqayisədə müvafiq olaraq 3,1 %, 10,6 % və 65,4 % çoxdur.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !