Qızı hər kəsin gözü qarşısında avtomobilə basıb qaçırdılar - VİDEO

14:24 | 17.01.2019
Qızı hər kəsin gözü qarşısında avtomobilə basıb qaçırdılar - VİDEO

Qızı hər kəsin gözü qarşısında avtomobilə basıb qaçırdılar - VİDEO

Rusiyanın Vladiqavqaz şəhərində gənc qız küçənin ortasında hər kəsin gözü qarşısında qaçırılıb.

Hadisənin sosial şəbəkələrdə yayılmış videodan göründüyü kimi, axşam saatlarında bir neçə kişi küçədə yol gedən qızın arxasınca qaçır. 

Gənc qız qışqıraraq onlardan xilas olmağa çalışır və əlləri - ayaqları ilə kişiləri özündən uzaqlaşdırmağa cəhd edir.

Hadisənin baş verdiyi küçə insanlarla dolu olsa da, qıza yalnız rəfiqəsi kömək etmək istəyir. Lakin onun səyləri boşa çıxır. Qızı kürkə bükərək avtomobilin içinə soxub qaçırırlar.

Görüntülər ölkədə rezonans yaradıb və ictimaiyyətin böyük hiddətinə səbəb olub. Şimali Osetiya sakinləri qız qaçırılma adətini törədənlərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirlər./baku.ws

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb