Qızı İŞİD-ə qoşulan ata intihar etdi

15:51 | 16.06.2015
Qızı İŞİD-ə qoşulan ata intihar etdi

Qızı İŞİD-ə qoşulan ata intihar etdi

Almaniyada iki türk ailəsinin uşaqları Suriyaya qaçaraq terror təşkilatı İŞİD-ə qoşulub. Ailələrdən birinin böyüyü - Ercan Baran qızının bu addımına dözə bilməyərək intihar edib.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Almaniyanın Şlezviq-Holşteyn vilayətində yaşayan türk ailənin 18 yaşlı qızı Ece və Hamburqda yaşayan 16 yaşlı Mervə gizli yolla Türkiyəyə gəlib və buradan da Suriyaya keçməyi bacarıblar.

Hər iki gənc qız "məktəbdən bizi səyahətə aparırlar" deyərək evdən çıxıblar. Alman mediasının yazdığına görə, Ecenin otağında dini yazılar, dini ədəbiyyatlar tapılıb. 

Qızı Ecenin İŞİD-ə qoşulduğunu öyrənən ata Ercan Baran ötən gün özünü asaraq intihar edib, ananın psixoloji durumu gərginləşib, müalicə alır.

Hamburqda yaşayan 16 yaşlı Mervənin bundan əvvəl bir dəfə də evdən qaçaraq Türkiyəyə getmək istədiyi deyilir. Mervə ikinci cəhdində Ece ilə birlikdə ölkədən çıxmağı bacarıb. 

Mervənin ailəsi qızlarının axtarışı üşün pul mükafatı təsis edib və ən azı 5 min Avro pul mükafavtı veriləcəyini bildirib.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM