Qızıl 7 illik maksimumu yenilədi

21:30 | 06.03.2020
Qızıl 7 illik maksimumu yenilədi

Qızıl 7 illik maksimumu yenilədi

Qızılın qiyməti 1 700 dollara yaxınlaşdı

Dünyanın əmtəə birjalarında qızılın 1 unsiyasının qiyməti 7 illik maksimumu yeniləyərək 1 690 ABŞ dollarına çatıb.

Anews.az "Report"a istinadən xəbər verir ki, bu, ötən günün yekunu ilə müqayisədə 1,1% çoxdur.

Qiymətli metalın bahalaşmasına səbəb kimi koronavirusun yayılması fonunda investorların "Təhlükəsiz liman” axtarışında olması və qızıla yönəlməsi göstərilir.

Qızılın bahalaşmasına paralel olaraq səhm və istiqraz bazarında qiymətlər sürətlə azalmaqdadır. Söhbət əsasən qlobal şirkətlərin səhmlərindən və ABŞ-ın dövlət istiqrazlarından gedir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb