Qızıl Xaç Komitəsi Dilqəm Əsgərovu oğlu ilə görüşdürə bilmir - AÇIQLAMA

18:29 | 23.07.2015
Qızıl Xaç Komitəsi Dilqəm Əsgərovu oğlu ilə görüşdürə bilmir - AÇIQLAMA

Qızıl Xaç Komitəsi Dilqəm Əsgərovu oğlu ilə görüşdürə bilmir - AÇIQLAMA

"Mən atamla görüşmək üçün Beynəlxalq Qızıl Xaç Komitəsinə müarciət etdim. Amma təəssüf ki, hər hasnı nəticəsi yoxdur”.
 
Bunu Modern.az saytına Kəlbəcərdə ermənilər tərəfindən girov götürülmüş Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib.

Onun sözlərinə görə, komitə hazırda danışıqlar aparır: "Komitədən mənə bildirdilər ki, hələ danışıqlar gedir. Həmçinin dedilər ki, "bizlik bir şey yoxdur, görüş üçün Ermənistan tərəfi razılıq verməlidir. Ancaq bu halda görüş baş tuta bilər””.

K.Əsgərov bu ərəfədə atası Dilqəm Əsgərovla bağlı hansısa digər quruma müraciət etmədiyini də dilə gətirib: "Müraciət etdiyim təkcə Qızıl Xaç Komitəsidir. Onlardan da cavab gözləyirik”.

Kəlbəcərli girovun oğlu yaxın zamanlarda atası barədə hər hansı yeni informasiya almadığını da bildirib: "Ən son keçən ay məktub almışıq. İndiyə qədər aldığım məktubların məzmunu demək olar ki, eynidir. Hər dəfə fərqli cümlələr yazsa da,  məzmun etibariylə eyni şeyləri yazır. Yəni salamlaşır, evdəkiləri soruşur, narahat olmamağımızı tövsiyyə edir. Amma biz çox narahatıq. Başqa hər hansı fikir, mesaj göndərmir, heç göndərə də bilməz”.

Beynəlxalq Qızıl Xaç Komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məsələ ilə bağlı Modern.az-a deyib ki, komitənin mandatına uyğun olaraq saxlanılan şəxslərlə ailəsi arasında əlaqə yaradılır:

"Hazırda Dağlıq Qarabağda saxlanılan şəxslə ailəsi arasında Qızıl Xaç məktubları vasitəsilə əlaqə var. Bu məktublardan başqa, digər vasitələrin hamısı tərəflərlə razılaşma şəklində reallaşa bilər. Qızıl Xaç Komitəsi neytral vasitəçi olaraq bir tərəfin beynəlxalq hüquq normalarına zidd olmayan təklifini qarşı tərəfə ötürə bilər. Əgər tərəflər razılaşarsa görüş baş tuta bilər.

 "Kürdoğlu Əsgərov atası ilə görüşmək sizin komitəyə artıq müraciət edib. Sizin tərəfinizdən Ermənistan tərəfinə görüş barədə təklif çatdırılıbmı” sualına cavab olaraq İ.Hüseynova "hazırda tərəflərlə müxtəlif yöndə danışıqlar davam etdirilir” deməklə kifayətlənib.

Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü ilin iyul ayında Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş bölgəsinə səfər edərkən Kəlbəcər rayonu ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb. Ermənilrəin "diversant” adlandırdığı azərbaycanlılara cinayət işi açılıb. "Məhkəmə” qərarına əsasən Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum olunub.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM