Azərbaycanda qızılcaya yoluxma halları tək-tək qeydə alınır. Bunu apa-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib.
"Sentyabrdan Azərbaycanda tək-tək qızılca xəstəliyi halları qeydə alınır. Hazırda ölkədə qızılca xəstəliyinə qarşı həm planlı, həm də peyvənddən kənarda qalan uşaqlar və böyük yaşlı əhaliyə yaşayış yeri üzrə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrində peyvənd işləri davam etdirilir", - məlumatda deyilir.
2024-cü ilin yeddi ayının nəticələrinə əsasən qızılcanın ən çox yayıldığı ölkələr arasında Azərbaycanın da adı yer alıb.
2023-cü il dünyada uşaqların 83%-i qızılca ilə bağlı yalnız birinci doza peyvəndi vurub.
Son beş ildə qızılcaya yoluxma hallarının artması dünyadakı körpələrin təxminən dörddə üçünün yaşadığı 103 ölkəni əhatə edib. Aşağı peyvənd əhatəsi (80% və ya daha az) epidemiyaların başlamasında əsas amil olub. Qızılca peyvəndinin yüksək olduğu 91 ölkədə heç bir epidemiya baş verməyib.
ÜST-nin baş direktoru Tedros Adhanom Ghebreyesus bildirib ki, bu problem həll edilə bilər və qızılcaya qarşı peyvənd ucuzdur. ÜST rəhbəri vurğulayıb ki, peyvənd olmayan ölkələrə də bunu çatdırmaq mümkündür.
Dekabrın 25-də Səhiyyə Nazirliyi qızılca ilə bağlı Azərbaycana peyvəndlərin gətirildiyini qeyd edib. Nazirliyinin və TƏbiB-in açıqlamasında 11-40 yaşlı şəxslərin peyvənd olunmasının zəruri olduğunu vurğulanıb.
Səhiyyə Nazirliyinin son statistikasına görə, hazırda Azərbaycanda 284 nəfər qızılcaya yoluxub.
Nazirliyin qızılca ilə bağlı açıqladığı statistikadan sonra ölkədə bir tələbənin və 10 yaxın uşağın qızılcadan ölüm faktı təsdiqlənib.
Noyabrın 30-da ÜST-ün Azərbaycan nümayəndəliyi əhalini penvənd olunmağa çağırıb.
2023-cü ilin on iki ayında Avropa və Mərkəzi Asiyada 30,601 nəfər qızılcaya yoluxub.
Ümümdünya Səhiyyə Təşkilatının son statistikasında 2021-ci illə müqayisədə ötən il qlobal miqyasda qızılcaya yoluxma hallarının sayı 18 %, ölüm hallarının sayı isə 43 % artıb.
Gülnar Nazimqızı

www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !