Öküzün Bakı küçələrində qaçması böyük marağa səbəb olub, bu barədə avtomobil.tv məlumat verir.
Qurban bayramında kəsilməsi üçün alınan öküz Ziya Bünyadov prospektində kənar yola çıxaraq qaçmağa başlayıb. Heyvan nəqliyyatın hərəkətinə də maneə yaradıb.
Hadiə ilə bağlı DİN yaydığı məlumatda deyilir ki, avqustun 9-da saat 17:00 radələrində S.Bəhlulzadə küçəsi 20 A-nın qarşısında Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Elbrus Fazil oğlu Təhməzova məxsus öküz qaçaraq Nəsimi və Nərimanov rayonu ərazilərində əhalinin həyat və sağlamlığı üçün təhlükə yaradıb, həmçinin, hərəkətdə olan avtomobillərə maddi ziyan vurub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !