Qlobal birliyin nümayəndələri məsuliyyət daşıyır - Ərdoğan

12:45 | 28.11.2022
Qlobal birliyin nümayəndələri məsuliyyət daşıyır - Ərdoğan

Qlobal birliyin nümayəndələri məsuliyyət daşıyır - Ərdoğan

Qlobal birliyin nümayəndələri zorakılıq, münaqişə və ya aclıqdan həlak olan hər kəs üçün ümumi məsuliyyət daşıyırlar. Bunu bazar ertəsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlıq Daimi Komitəsinin (İSEDAK) 38-ci iclasında çıxışı zamanı deyib.

İstanbul Konqres Mərkəzində keçirilən tədbirin iştirakçıları qarşısında çıxış edən Ərdoğan qeyd edib ki, İslam ümmətinin müsəlman dünyasındakı fikir ayrılıqlarını aradan qaldırmaq və qardaşlıq əlaqələrini gücləndirmək üçün hər cür imkan və qətiyyət var.

Türkiyə lideri daha sonra Rusiya Federasiyası ilə Ukrayna arasındakı müharibə mövzusuna diqqət çəkərək qeyd edib ki, Ankara böhranın ilk günündən bəri ziddiyyətləri həll etməyə çalışır.

Gülnar Nazimqızı 
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM