Qlobal istiləşmə Azərbaycana necə təsir edəcək?

18:05 | 28.01.2015
Qlobal istiləşmə Azərbaycana necə təsir edəcək?

Qlobal istiləşmə Azərbaycana necə təsir edəcək?

Böyük Qafqaz sıra dağlarında buzlaqların əriməsi içməli su qıtlığına gətirib çıxaracaq.

ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, mütəxəssislər qlobal iqlim dəyişikliyi səbəbindən dağlarda temperaturun artmasına, bunun isə buzlaqların əriməsinə gətirib çıxaracağını düşünürlər.

Şimali Qafqaz Hidrometereologiya idarəsinin rəhbəri İrina Xoma açıqlamasında buzlaqların əriməsinin dağ göllərin qurumasına gətirib çıxaracağını deyir.

Böyük Qafqaz dağları ətrafındakı sakinlər içməli su ehtiyyatı qıtlığını təxminən 80-100 ildən sonra hiss edəcəklər. İl ərzində Böyük Qafqaz sıra dağlarındakı buzlaqların qalınlığı iki metr aşağı düşür.

Qeyd edək ki, Türyançay, Samur, Qusarçay, Girdimançay, Əyriçay, Qabırrı çayları sularını Böyük Qafqaz buzlaqlarından alır. Həmin buzlaqıarın əriməsi Azərbaycanın Kürdən yuxarı bölgələirndə quraqlığa səbəb olacaq.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM