Qlobal smartfon bazarının həcmi 6,7% yüksəlib. Bu, orta səviyyəli modellərə artan tələbatla izah edilir. Bu haqda "Gartner” analitik şirkətinin yeni hesabatında deyilir.
Ekspertlərin qiymətləndirməsinə görə, 2017-ci ilin ikinci rübündə istehlakçılar 366,2 milyon smartfon satın alıblar. Ötən il bu göstərici 343,4 milyon idi. "Android” sistemli qurğuların payı 87,7%-dək artıb, "iOS” ilə işləyən qurğularda bu göstərici 12,1% təşkil edib.
anews.az ICTnews-a istinadən xəbər verir ki, "ucuz smartfonlara tələbat güclü olaraq qalmasına baxmayaraq, inkişaf etməkdə olan bazarlarda yaxşılaşdırılmış prosessorlar, qabaqcıl kameralar və böyük yaddaş tutumuna malik "4G” aparatların satışları artmaqdadır. Bu, orta səviyyəli (150-200 dollar) smartfonlara tələbatın artmasından xəbər verir" – "Gartner”in araşdırmalar üzrə direktoru Anşul Qupta deyib.
Onun sözlərinə görə, 2017-ci ilin ikinci rübündə fləş yaddaş və OLED ekranların defisiti bahalı smartfonların tədarük həcminə təsir göstərəcək. Məsələn, daşıyıcı çatışmazlığı artıq özünü "Huawei P10” qurğusunun satışlarında göstərib.
"Samsung Electronics” ən böyük smartfon satıcısı adını qoruyub saxlayır, onun bazar payı 22,5% təşkil edib.
Cənubi Koreya nəhəngi "Galaxy Note 7” qurğusu ilə bağlı problem yaşadı, ancaq "Galaxy S8” və "S8+” smartfonlarının təqdim edilməsi "Samsung” məhsuluna yüksək tələbatı geri qaytarıb.
2017-ci ilin ikinci rübündə "iPhone” smartfonlarının satış həcmi illik hesablama üzrə 0,2% azalıb. Buna görə "Apple”ın bazar payı 12,1%-dək azalıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !