QMİ-dən Dini Komitə ilə aralarında nüfuz savaşı barədə məlumatlara münasibət

19:28 | 04.02.2014
QMİ-dən Dini Komitə ilə aralarında nüfuz savaşı barədə məlumatlara münasibət

QMİ-dən Dini Komitə ilə aralarında nüfuz savaşı barədə məlumatlara münasibət

 Qafqaz Müsəlmanları İdarəsi (QMİ) son vaxtlar Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi ilə münasibətlərində nüfuz savaşı barədə yayılan məlumatlara münasibət bildirib.QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova APA-ya açıqlamasında idarənin rəsmi mövqeyini açıqlayıb. R. Dadaşova bildirib ki, bəzi media vasitələrində guya DQİDK və QMİ arasında nüfuz savaşı getdiyi barədə rəy yaratmaqla, iki qurumu qarşı-qarşıya qoymağa, münasibətlərinə və gördükləri işlərə kölgə salmağa çalışan, dövlətçiliyimizi zəiflətməyi hədəfləyən bəzi qüvvələrin məkrli səyləri var: “Amma bu, heç bir nəticə verməyəcək. Bütün bunları son günlər bəzi mətbuat nümunələrində hər iki quruma qarşı aparılan təxribat xarakterli kampaniyanın tərkib hissəsi kimi dəyərləndiririk. Azərbaycan Respublikası Dini qurumlarla iş üzrə Dövlət Komitəsi ilə dini mərkəz olan Qafqaz Müsəlmanları İdarəsi arasında ölkəmizdə dövlət-din münasibətlərinin daha da inkişaf etdirilməsinə xidmət edən səmərəli əməkdaşlıq hökm sürür. Ümumi maraqlara - dövlətçiliyimizin möhkəmlənməsi və xalqımızın milli, dini-mənəvi dəyərlərinin qorunub saxlanılması və inkişafına yönəlik addımların atılmasında Komitə və QMİ hər zaman eyni mövqedən çıxış edir və qurumların rəhbərləri arasında qarşılıqlı məşvərət və müzakirələr formatında yüksək səviyyəli işgüzar əlaqələr mövcuddur və bundan sonra da davam edəcəkdir. Dini Komitə dövlət, QMİ isə dini müstəvidə eyni məramlara xidmət edir və bu əməkdaşlıqdan bütün dindarlar bəhrələnirlər”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti