Qocalar evində marixuana plantasiyası aşkarlandı - OLAY

12:55 | 20.11.2013
Qocalar evində marixuana plantasiyası aşkarlandı - OLAY

Qocalar evində marixuana plantasiyası aşkarlandı - OLAY

Kanadanın Nyu-Bransuik əyalətində yerləşən "Əbədi gənc" (Forever young) qocalar evində polis 550 marixuana kolu aşkarlayıb. İnsident bir neçə gün öncə baş verib. 
ANN.Az-ın "Lenta.ru"ya istinadən verdiyi xəbərə görə, marixuana kolları qoacalar evində baş verən yanğından sonra aşkarlanıb. Hadisə yerinə gələn yanğınsöndürənlər binanın zirzəmisində balaca marixuana plantasiyası aşkarlayıblar və dərhal da polisə məlumat veriblər. 
Bitkinin kimin əkdiyi, onun narkotik kimi hazırlanaraq satılması, yoxsa şəxsi istifadə üçünmü becərildiyi məlum deyil. Polisin verdiyi məlumata görə, zirzəmidə tapılan marixuana kollarından nə az, nə çox düz 275 000 "baş" düzəltmək olar. Onun potensial qiymətinin nə qədər olduğu haqda məlumat verilməyib. 
Həbslərin olub-olmadığı haqda bilgi verilməyib. "Əbədi gənc" qocalar evində çıxan yanğın zamanı xəsarət alan olmayıb. 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM