ABŞ-ın Kolumbiya Universitetinin alimləri yeni barometr tərtib ediblər. Bu barometr ölkələrin yaşlanmaqda olan nəsilə adaptasiyasını qiymətləndirir. Sözün qısası, alimlər yaşlı insanlar üçün daha yaxşı şərtlərin olduğu ölkələrin reytinqini hazırlayıblar.
anews.az-ın elmi xəbərlər portalı olan EurekAlert-ə istinadən verdiyi məlumata görə, reytinqdə Qərbi Avropanın 30 ölkəsi və ABŞ yer tutub.
Reytinqin ilk beşliyinə Norveç, İsveç, ABŞ, Niderland və Yaponiya liderlik edir. Beş meyar - təhlükəzliyin səviyyəsi, səhiyyə, varlı və kasıblar arasındakı iqtisadi fərqin göstəricisi, əmək resurslarının məhsuldarlığı və nəsillərin bağlılığı əsas götürülüb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !