Qod Nisanov qaziyə ev bağışladı - VİDEO

19:58 | 05.04.2021
Qod Nisanov qaziyə ev bağışladı - VİDEO

Qod Nisanov qaziyə ev bağışladı - VİDEO

İki ay əvvəl 44 günlük Vətən Müharibəsində iştirak edərək yaralanan və ayaqlarından ciddi xəsarət alan Qazi Rüstəm Qurbanov haqqında reportaj hazırlanmışdı. Rüstəm anası və bacısı ilə kirayədə yaşayırdı.

Bildirilmişdi ki, atası onları uzun illər öncə tərk edib. Rüstəm müharibədən sonra dəfələrlə ayaqlarından əməliyyat olunub və yaşadıqları kirayə, şəraitsiz evdə əlil arabası ilə rahat hərəkət edə bilmirdi.

Qazimiz Baku.Tv-nin vasitəsi ilə istəyini dilə gətirərək özünə ev arzuladı. Rüstəm Qurbanovun arzusunu isə vətənpərvər, xeyriyyəçi, iş adamı Qod Nisanov reallaşdırdı. O, qazimizi Yeni Yasamalda yerləşən, 20-ci mərtəbədə tam təmirli evlə təmin etdi.

Daha ətraflı Baku Tv-nin xüsusi buraxılışında:
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb