• $
  • €
  • ₽
  • ₺
  • £

Qod Nisanova "Dostluq" ordeni təqdim edilib

Qod Nisanova "Dostluq" ordeni təqdim edilib
01.03.2024 23:49
Azərbaycanəsilli iş adamı Qod Nisanova "Dostluq" ordeni təqdim edilib.Bu barədə Modern.az xəbər verir.
 
Mükafatı Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu təqdim edib.
 
Azərbaycan Prezidenti İlham Əliyev bir müddət əvvəl Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə Qod Nisanovun "Dostluq" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Təqdimat mərasimində çıxış edən Polad Bülbüloğlu Rusiyadakı Azərbaycan diasporunun fəaliyyətinin mühüm rolunu qeyd edib:

"Fəxr edirik ki, Azərbaycandan olan insanlar vətənimizi layiqincə təmsil edirlər. Biz sizin uğurunuzdan çox razıyıq və sizə daha böyük uğurlar arzulayırıq".
 
QodNisanov qeyd edib ki, aldığı mükafat təkcə ona deyil, bütün azərbaycanlılara məxsusdur:

"Dostluq" ordeni mənim üçün simvolikdir. Bu, təkcə mənim deyil, Azərbaycanı dəstəkləyən bütün soydaşlarımın mükafatıdır. Azərbaycan bizim bir parçamızdır, həyatımızın bir parçasıdır. Harada olsaq da, taleyimiz Azərbaycanla bağlıdır".

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol