Qondarma Dağlıq Qarabağın nazirləri istefaya göndərilib

14:42 | 23.11.2022
Qondarma Dağlıq Qarabağın nazirləri istefaya göndərilib

Qondarma Dağlıq Qarabağın nazirləri istefaya göndərilib

Çərşənbə axşamı  Qondarma Dağlıq Qarabağ Respublikasının "prezidenti" Arayik Arutyunyan "Qarabağ hökuməti"nin istefaya göndərilməsi  barədə sərəncam verib. Bu barədə Ermənistan KİV xəbər verib. 
 
Məlumata görə, qondarma dövlətin  9 "nazir”i istefa verib, lakin yeni "hökumət formalaşana qədər öz funksiyalarını qoruyub saxlayır”.

Amma  "güc nazirləri”, eləcə də "dövlət naziri” Ruber Vardanyan öz postlarını saxlayıb.

Mütəxəssislərin fikrincə, Vardanyan Qarabağda islahatlar keçirmək üçün  öz komandasını cəlb edəcək.
 
Əsasən erməni millətindən olanların  yaşadığı və özünü qondarma Dağlıq Qarabağ Respublikası adlandıran Qarabağın dağlıq ərazisi Rusiya ssülhməramlılarının nəzarəti altındadır. 2020-ci ilin noyabrında Rusiya, Azərbaycan və Ermənistan arasında bağlanan müqaviləyə görə, erməni silahlı qüvvələri ərazini tərk etməli olsalar da hələ ki, orada qalmaqdadırlar. 
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM